Qətər Əmiri: “Görünməmiş enerji böhranının şahidi oluruq”

21.09.2022 13:36     Ecoreaksiya     542

“Qətər maye təbii qaz (LNG) istehsalına sərmayə yatırmaq, eləcə də qlobal enerji böhranından çıxmağa kömək edəcək Şimal təbii qaz yatağının işlənməsini planlaşdırır”.

“Report” xəbər verir ki, bunu Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani BMT Baş Assambleyasının (GA) 77-ci sessiyasının ümumi siyasi müzakirələrində çıxışı zamanı deyib.

“Onilliklər ərzində qlobal koordinasiya və enerji siyasətinin balanslaşdırılmış planlaşdırılmasının olmaması fonunda biz görünməmiş enerji böhranının şahidi oluruq. Dünyada təxminən bir milyard insan fasiləsiz enerji təchizatı olmadan yaşayır. Mövcud enerji ehtiyatlarına davamlı alternativlərə nail olmaq lazımdır”- deyə, o bildirib.

Al Tani vurğulayıb ki, xammal, istehsal olunan malların daşınmasından və ya onların ixracı və idxalından imtina, habelə onların ixracatçılarına məhdudiyyətlər qoyulması qəbuledilməzdir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar