Satışda dollar yoxdur - Yenidən devalvasiya olacaq?

21.08.2015 18:05     Ecoreaksiya     2389

Azərbaycan manatı yenidən devalvasiya ilə üzbəüzdür? 6 ay öncə yenə həftənin cümə günü banklar vətəndaşlara dolların verilməsini saxlamışdı. Ardınca, 21 fevralda Azərbaycan manatı birdən-birə 33,5% devalvasiya etdi..

Az öncə Reaksiya.az-a daxil olan məlumata görə banklarda və valyutadəyişmə məntəqələrində dollar satışı dayandırılıb. Bu isə o deməkdir ki, yeni bir devalvasiya qapımızdadır. 

Satıcılar bunu dolların olmaması ilə əlaqələndirsə də, Mərkəzi Bank anında bəyanat yayıb. Bəyanatda banklara dolların qiymətinin süni şəkildə qaldırılaraq 1,07 AZN-ə satılmaması haqqında xəbərdarlıq edib. Tövsiyə olunub ki, dolların satış məzənnəsi 1,055 həddində götürülsün. Verilən son qərar hələ ki, devalvasiyanın olmadığının göstəricisidir. 

Son günlər ard-arda Çin, Qazaxıstan, Qırğızıstan kimi ölkələrin milli pul vahidləri devalvasiyaya uğrayıb. Rus rublu isə uzun müddətdir dollara qarşı öz dəyərini itirib. Bu da insanlar arasında ikinci bir devalvasiyanın olması haqqında narahatlıq yaradır.

Maraqlıdır ki, iqtisadi ekspertlər də ikinci devalvasiyanın gözlənilən olduğunu, lakin zamanını və miqdarını bilmədiklərini deyirlər.

 

 

Şərhlər