Dünya Bankı: “Azərbaycanda münaqişədən sonrakı dövrdə vəziyyətin yaxşılaşdırılmasında iştirak etməkdən şadıq”
01.11.2022 13:33 Ecoreaksiya 564
“Dünya Bankı Azərbaycanda münaqişədən sonrakı dövrdə vəziyyətin yaxşılaşdırılmasında iştirak etməkdən şaddır”.
Bunu “Report”a müsahibəsində Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə rəqəmsal inkişaf meneceri Nikol Klingen deyib.
“Biz dünyada, o cümlədən Azərbaycanda münaqişədən sonrakı dövrdə vəziyyətin yaxşılaşdırılmasında iştirak etməkdən çox şadıq. Biz bu kimi yerlərdə işləyərkən istər səhiyyə, istər təhsil, istərsə də sosial xidmət sektorlarında baza xidmətlər çox vacib olur. Bu, böyük ölçüdə ölkədəki vəziyyətdən asılı olur. İnsanların ümidinin olmasını, xidmətlər almasını və normal həyata qayıda bilməsini təmin etmək də vacibdir”, - o vurğulayıb.
N.Klingen əlavə edib ki, Dünya Bankının ilkin adı Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı olub: “Bank Avropada fəaliyyətinə İkinci Dünya Müharibəsindən sonra, infrastrukturun bərpa edilməsi üçün başlayıb”.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.
Şərhlər