Neftin qiyməti yenə düşdü
22.08.2015 09:12 Ecoreaksiya 2132
Brent markalı neftin 1 barrelinin qiyməti 46 dollardan aşağı düşüb.
Reaksiya.az xəbər verir ki, Brent markalı neft 2.49 % azalaraq 45,46 dollara qədər düşüb.
Neftin WTI markasının qiyməti 2.11 %, yəni bir barelə 40,45 dollara qədər azalıb.
Ucuzlaşan neftin fonunda avqustun 21-si Moskva birjasında dolların kursu 68 rublda qiyməti ötüb, avronun məzənnəsi isə ilk dəfə fevral ayının əvvəlində 77 rubldan yuxarı qalxıb.
Analitiklər neftin növbəti qiymətlərinin düşməsini ABŞ Dövlət Enerji İnformasiyaları İdarəsiylə bağlayıblar, çünki ölkədə avqustun 7-14 qədər xam neft ehtiyatları 2,6 milyon barel də artıb.
Şərhlər