"Azəriqaz" ilin yekun hesabatını açıqlayacaq

29.12.2022 13:49     Ecoreaksiya     549

“Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 30 dekabr saat 11:00-da başlayacaq.

Reaksiya.az xəbər verir ki, media nümayəndələrinə ilin yekunlarına dair hesabat açıqlanacaq. Aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq.
 
Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.
 

Şərhlər