Azərbaycanın ötənilki icmal büdcəsində yeddi milyard manatdan çox qalıq yaranıb
23.01.2023 15:41 Ecoreaksiya 462
2022-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri 42 289,5 milyon manat, xərcləri isə 35 061 milyon manat təşkil edib.
Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Bunlar ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 15% və 16,9% çoxdur.
Son nəticədə icmal büdcədə 7 228,5 milyon manat qalıq yaranıb. Bu isə bir il əvvələ nisbətən 84,3% çoxdur.
Şərhlər