Yanvarın 26-da bütün sosial yardımlar artımlarla ödəniləcək
24.01.2023 13:02 Ecoreaksiya 441
Yanvarın 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən bu sosial ödəniş növləri artımlarla ödəniləcək.
Şərhlər