“Azəriqaz” şəhid ailəsinin müraciətini təmin etdi - VİDEO

14.03.2023 17:15     Ecoreaksiya     339

Həssas qrup üzvlərinin qayğılarını hər zaman diqqətdə saxlayan SOCAR "Azəriqaz” İB daha bir şəhid ailəsinin istəyini yerinə yetirib.

Reaksiya.az xəbər verir ki, 1-ci Qarabağ müharibəsi şəhidi Rafiq Mustafayevin həyat yoldaşı Ənayət Mustafayeva qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı Birliyə müraciət ünvanlayıb. Qısa zaman ərzində Birlik tərəfindən şəhid ailəsinin Tovuz rayonu, Ağdam kəndində yerləşən fərdi yaşayış evinin önündən keçən qaz xəttinin yeri dəyişdirilib.

Reaksiya.az

Şərhlər