Məhşərin üç atlısı...
22.08.2015 14:39 Ecoreaksiya 2405
Yayın ortasında 55-57 rubl civarında olan və "İl sonuna kimi belə davam edəcək" proqnozları edilən rubl qarşısı alınmayacaq enişini davam etdirib və bazarda 69 rubleni də keçib. Euro isə 78,6 rubl səviyyəsinə çatıb. Brent neft qiymətinin 45 dollara kimi geriləməsi bu itkilərdən ən əhəmiyyətli faktor sayılmalıdır.
Rusiya Mərkəzi Bankının bir il əvvəl "sərbəst dalğalanmağa" tərk etdiyi rublun harada necə dayanacağı dəqiq bilinmir. Beynəlxalq bank və investisiya şirkətlərindən bu ilin sonuna dollar məzənnəsini 55-60 rubl civarında olacağını təxmin edən də var, "70 dolları ötəcək" deyən də ...
Mütəxəssislər bundan sonra rublun artıb azalmasında daxili yox, daha çox xarici dinamiklərin daha təsirli olacağını vurğulayır.
Beləliklə, Reaksiya.az rublun taleyində təsirli olacaq 3 faktoru belə sıralayır:
1.NEFTİN QİYMƏTİ: 50 dollar civarında qalması halında Rusiyanın "idarə etməyə" hazırlıqlı olduğu neft 2009 – cu ilin mart ayındakı səviyyəsinə qədər geriləyib və 45 dollara çatıb. Yəni altı ildir hələ bu səviyyəyə düşməmişdi.
2- ABŞ – DAKI FAİZ: Amerika Mərkəzi Bankının sentyabr ilə birlikdə faiz artırmağa başlayacağı ilə bağlı müşahidələr, bütün inkişaf etməkdə olan ölkələrin pulları kimi rubl üzərindəki təzyiqi də dözülməz hala gətirib. İnvestorlar dollara görə "riskli" bazarları tərk etməyə başlayıb.
3- ÇINDƏKİ YAVAŞLAMA: Çindəki birja böhranı və ardınca yuanın devalvasiya edilməsi ilə başlayan mənfi proseslər, iqtisadi böyümənin gözlənilən səviyyənin altında qalacağı xəbərləri ilə bədbinliyi daha da artırır. Ən böyük xammal alıcısı Çinin yavaşlaması, ən böyük xammal satıcısı Rusiya baxımından böyük çətinlik mənasına kimi yüksələcək. Bu zaman dünən gələn xəbərlər, Çinin Rusiya iqtisadiyyatına birbaşa investisiyaların son bir ildə 20% azaldığını da göstərir.
Məhz bu 3 faktor, rublun gələcəyinə dair müşahidələri pessimistləşdirilir.
Şərhlər