"Son yaş həddi 70-ə qaldırılsın" - Deputatdan TƏKLİF
30.05.2023 12:53 Ecoreaksiya 686
“Bir neçə il əvvəl Əmək Məcəlləsinə edilən dəyişikliklə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanlar üçün son yaş həddi 65 müəyyən edilib”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Quliyev deyib.
Deputat bildirib ki, son zamanlar isə sosial, səhiyyə, təhsil sahəsində yaşı 65-ə çatanların işdən çıxarılması kütləvi hal alıb: “Sanki o işçilər neçə il işləməyib. Elə ad günündəcə onları işdən çıxarırlar, əlavə vakansiya isə təklif edilmir. Onların pensiyaları azdır, pensiyalarını sonrakı müddətdə işləyib artırmaq isə mümkün olmur. Yaş həddi insanların çalışmasına mane olmamalıdır. İnsanları yaş həddinə görə işdən kənarlaşdırmaq doğru deyil. Təklif edirəm ki, çalışmanın son həddi 65 yaşdan 70-ə qaldırılsın. Bu təklif qəbul edilərsə, qanun layihəsini hazırlayıb payız sessiyasında qəbul edə bilərik”.
Şərhlər