“Azəriqaz”: Dağlıq və dağətəyi ərazilərin qazlaşmasına xüsusi diqqət yetirilir
03.11.2023 12:53 Ecoreaksiya 562
SOCAR “Azəriqaz” İstehsalat Birliyi gələn il təqribən 140-150-ə yaxın kənd və yeni yaşayış massivinin qazlaşdırılmasını planlaşdırır.
Bunu SOCAR “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində media və QHT nümayəndələri ilə keçirilən görüşdə deyib.
Onun sözlərinə görə, proses zamanı “Azəriqaz” dağlıq və dağətəyi ərazilərin qazlaşmasına xüsusi diqqət yetirir, bu da ekoloji tarazlığın təmin olunması və bu bölgələrdə hava şəraitinin digər bölgələrlə müqayisədə daha soyuq olması ilə əlaqədardır.
“Növbəti 2024-cü ildə 140-150-ə yaxın kənd və yaşayış massivinin qazlaşması nəzərdə tutulub. Hələ plan təsdiq olunmayıb. Ola bilsin ki, daha az və ya çox da ola bilər”, - Eldəniz Vəliyev qeyd edib.
O, əlavə edib ki, gələn ilə qazlaşma üçün nəzərdə tutulan kənd və yaşayış massivlərinin əksəriyyəti dağlıq və dağətəyi rayonlara aid olacaq.
“Bunların əksəri də Lerik və Yardımlının ehtiyacı olan kənd və yaşayış massivlərinin qazlaşmasına hesablanacaq, çünki faiz etibarı ilə bu rayonların qazlaşma səviyyəsi digər rayonlarla müqayisədə nisbətən aşağıdır”, - şöbə müdiri bildirib.
Şərhlər