İki qitə birləşir - Türkiyənin daha bir layihəsi gerçəkləşdi - FOTOLAR
22.08.2015 22:30 Ecoreaksiya 3333
Avropa və Asiya qitələri dənizin altından keçən dəmir yolundan sonra quru yolla da birləşdi.
“Avrasiya Keçidi” layihəsinin (İstanbul Boğazı Avtomobil Boru Yol Keçidi) İstanbul Boğazı altında tunel qazma işləri tamamlandı.
Reaksiya.az xəbər verir ki, proje üçün xüsusi olaraq hazırlanan və İstanbul Boğazının altında 3 min 344 metrlik marşrutla qazaraq gedən Tunel Qazma Maşını (TBM) iki qitəni dənizin altında birləşdirdi.
Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 19 aprel 2014-cü ildə Asya yaxasında başlayan qazıntı işləri sona çatdı. Bu gün isə Avropa yaxasında baş nazir Əhməd Davudoğlu və digər rəsmilərin iştirakı ilə layihənin başa çatması ilə bağlı tədbir keçirildi.
Klasik metal üsulu ilə açılan avtomobil tunellərinin tamamlandığı layihə çərçivəsində hazırda son tamamlanma işləri gedir.
Kazlıçeşme-Göztepe xətti üzrə çalışacaq "Avrasiya Keçidi" ilə İstanbulda nəqliyyatın çox gərgin olduğu marşrutda gediş müddəti 15 dəqiqəyə qədər enəcək.
Türkiyə bununla da dünyanın ən uğurlu mühəndislik əsərlərindən birinə sahib olacaq. Layihə tamamlandıqda gediş müddətinin qısalması ilə yanacaq istehlakı və avtomobillər üçün nəzərdə tutulan xərclər xeyli azalacaq.
İnvestisiya məbləği 1 milyard 245 milyon dollar
“Avrasiya Keçidi” layihəsi üçün yatırımın 960 milyon dolları beynəlxalq kredit tərəfindən təmin edilib. 285 milyon dollar isə Yapı Mərkəzi və SK E&C tərəfindən verilib.
Toplam 14,6 kilometrlik üç əsas hissədən ibarət olan “Avrasiya Keçidi” layihəsinin ən mühüm mərhələsini 3,4 kilometr uzunluğunda olan Boğaz Keçidi təşkil edir.
Layihədə 2 min 124 nəfər işləyib, 250 dənə isə iş maşınından istifadə edilib.
Şərhlər