Gələn il Azərbaycan daha iki ölkəyə qaz satacaq
26.12.2023 13:57 Ecoreaksiya 411
2024-cü ildə Azərbaycan Avropanın daha iki ölkəsinə qaz ixrac edəcək.
Bunu Axar.az-a Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələri üzrə ekspert İlham Şaban deyib.
Ekspertin sözlərinə görə, 2024-cü ildə Azərbaycanda qaz hasilatı artacaq:
“Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağından ilk qaz 2023-cü ilin iyul ayının əvvəlində hasil edilib. Cari ildə bu yataqdan 700 milyon m³ qaz çıxarılıb. 2024-cü ildə isə 2 dəfə çox - 1,5 milyard m³ qaz hasil olunacaq. Bundan başqa, “Ümid” yatağından cari ildə 2 milyard m³ qaz hasil edilmişdisə, 2024-cü ildə bu yataqdan 2,4 milyard m³ qaz çıxarılacaq”.
Eskpert bildirib ki, qaz hasiltanın artması bu sahə üzrə ixracatın coğrafiyasını da genişləndirəcək:
“2024-cü ildə Avropanın daha iki ölkəsi – Macarıstan və Serbiya Azərbaycandan stabil qaz alışını həyata keçirəcək”.
Şərhlər