Azərbaycan iqtisadiyyatı 5% böyüdü

13.02.2024 15:45     Ecoreaksiya     153

Bu ilin yanvar ayında Azərbaycanda 9 milyard 131 milyon manatlıq və yaxud ötən ilin eyni dövrünə nisbətən 5% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Reaksiya.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,6% azalıb, qeyri neft-qaz sektorunda isə 12,3% artıb.

ÜDM istehsalının 41,9%-i sənaye, 10,5%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7%-i nəqliyyat və anbar təsərrüfatı, 5,8%-i tikinti, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8%-i informasiya və rabitə, 1,7%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 17,8%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,6%-ni təşkil edib.

Ötən ay əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 897 manat olub.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar