İran neft satışları üçün Rusiya ilə birgə fond qurur
08.06.2015 15:51 Ecoreaksiya 1818
İran rəsmi agentliyi İRNA - nın xəbərinə görə, İran Milli Neft Şirkəti Beynəlxalq Əlaqələr şöbəsinin direktoru Seyyid Möhsün Kemsari, İran və Rusiyanın ortaq bir fond yaratmaq üçün müqavilə imzaladığını açıqlayıb.
Kemsari İranın neft satışlarının bir qisminin bu fond üzərindən həyata keçiriləcəyini və ölkəsinin xarici ölkələrdən mal və avadanlıq alışlarının da bu fond üzərindən gerçəkləşdiriləcəyini söyləyib.
İran Neft Naziri Biçe Namdar Zəngəni də İran ilə Rusiyanın qida qarşılığı neft mübadiləsi edəcəyini açıqlamışdı. Ancaq Kemsari, İran ilə Rusiya arasındakı razılaşmanın qida qarşılığı neft mübadiləsi ehtiva etmədiyini ifadə edib.
İki ölkə arasında qurulacaq fond sayəsində İranın ixrac etmək istədiyi nefti Rusiya üzərindən reallaşdırması üçün hər hansı bir məhdudiyyət olmadığına diqqəti çəkən Kemsari, İranın bütün neft ixracatının Rusiyanın üzərindən olmayacağını, ölkəsinin ixrac etdiyi neft üçün başqa ölkələrlə də razılaşması olduğunu ifadə edib.
İran təbii qazı RUSİYA üzərindən Avropaya ixrac ediləcək
Bəzi İranlı rəsmilər razılaşma sayəsində İran təbii qazının Rusiya üzərindən Avropaya ixrac edilə biləcəyini vurğulayıblar.
İran Milli Qaz Şirkəti Beynəlxalq Əlaqələr Direktoru Əzizullah Ramazani, İranın Türk axını layihəsi ilə maraqlandığını də ifadə edərək, "Yaxın gələcəkdə İran və Rusiya boru xəttlərini bağlayaraq qazlarını ortaq bir şəkildə Avropaya satacağıq" deyib.
Şərhlər