Fransada iqtisadi artım yavaşlayıb, hökumət radikal tədbirlər görür
19.02.2024 11:00 Ecoreaksiya 182
Fransa hökuməti iqtisadi artımla bağlı proqnozlar özünü doğrultmadığı üçün göstəriciləri aşağıya doğru dəyişmək məcburiyyətində qalıb, bunun fonunda nazirliklərin xərclərini azaltmaqla 10 milyard avroya qənaət etməyi planlaşdırır. Reaksiya.az-ın məlumatına görə, bunu Fransanın iqtisadiyyat, maliyyə, sənaye və rəqəmsal suverenlik naziri Bryuno Le Mer deyib. Onun sözlərinə görə, cari ildə iqtisadi artımın 1,4% olması gözlənilirdi: “İqtisadi artımımız 1% səviyyəsində qalacaq. Bundan başqa biz geosiyasi konteksti nəzərə almalıyıq - Ukraynadakı münaqişə, Yaxın Şərqdə baş verənlər, Çindəki iqtisadi yavaşlama və Almaniyadakı tənəzzül”. Nazir əlavə edib ki, 10 milyard avroluq qənaət planı bütün nazirliklərə şamil ediləcək: “Bu, enerji, daşınmaz əmlak və ya satınalma xərcləri ola bilər. Bütün nazirliklər milli büdcədəki paylarına uyğun töhfə verəcəklər”. Reaksiya.az
Şərhlər