Neftin səkkizinci kədərli həftəsi... - 1986-cı ildən bəri bu qədər düşməmişdi
24.08.2015 13:19 Ecoreaksiya 2650
Bazar ertəsi səhəri gələn ilk xəbərlərə görə Rusiyada Ural neftinin qiyməti təyin olunarkən də əsas alınan Brent neftinə barrel qiymətinin 45 dollardan da aşağı düşüb. Reaksiya.az rus mətbuatına istinadən xəbər verir ki, psixoloji həd kimi qəbul olunan 45 dollar ən son 17 mart 2014 – cü il tarixində görülmüşdü. Daha sonra həmin qiymət yenə yüksəlmişdi ... İndi 44.4 dollar civarında olan Brent neftinin Rus Ural neftini də 42 dollar səviyyəsinə endirdiyi bildirilir.
Bu zamanh ortaya çıxan başqa bir əhəmiyyətli nöqtə isə neft qiymətlərinin düz səkkiz həftədir aramsız olaraq düşməsidir. Rusiyanın RBK araşdırmalar şikətinin bildirdiyinə görə, bu kimi hallar tarixdə ən son 1986-ci ildə görülmüşdü. O dövrdəki "kəsintisiz eniş", SSRİ-də iqtisadi böhranın dərinləşməsində səbəb olmuş və dağılmanı sürətləndirmişdi.
Şərhlər