Lazar Komanesku: “Ümid edirik Azərbaycan tezliklə QDİƏT-in icazə sənədi sisteminə qoşulacaq”
28.02.2024 17:15 Ecoreaksiya 193
Azərbaycanın tezliklə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) icazə sənədi sisteminə qoşulacağına ümid edirik. Bunu “Report”a müsahibəsində QDİƏT-in baş katibi Lazar Komanesku deyib. O bildirib ki, təşkilatın icazə sənədi sistemi sərhəd-keçid prosedurlarının rəsmiləşdirilməsini asanlaşdırmaq məqsədi daşıyır: “Bu günə olan məlumata görə, QDİƏT-in 13 üzv dövlətindən 9-u bu sistemə qoşulub və biz bu sistemin daha da genişləndirilməsi, eləcə də rəqəmsallaşdırılması istiqamətində çalışırıq. Dekabrda keçirilən QDİƏT-in Xarici İşlər Nazirləri Şurasında da layihədə iştirak etməyən üzv dövlətlər də dəvət edilib”. Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz. Reaksiya.az
Şərhlər