Hər şeyi izah edən cədvəl...
25.08.2015 11:05 Ecoreaksiya 2517
Beynəlxalq birjalar "qara bazar ertəsi"ndən sonra sarsılmağa davam edir. Keçən həftə 8% - dən yuxarı enişlə başlayan Çin birjası çərşənbə axşamı səhər – səhər də 6% -lik enişlə davam edib və "tribulans bitməyib" mesajını verib.
Reaksiya.az xəbər verir ki, Rusiyada isə səhər yüksək səviyyədə düşüş yaşayıb axşam bir az toparlansa da, dollar 71 rubl, avro isə 83 rubl civarındadır. ABŞ birjalarındakı enişin də davam etməsi, inkişaf etməkdə olan birjalarda sarsıntının hara gedib çıxacağı sualını cavabsız qoyur... Brent neftin qiyməti 43 dollardan yuxarı çıxmağa çalışır.
Manşetdə istifadə olunan “Bloomberg” saytına aid cədvəl, bu gün gəlinən nöqtəni çox dəqiq olaraq yekunlaşdırır:
Neft 2009-ci ilin yayında, böhrandan dərhal əvvəl 144,49 dollar ilə tarixi zirvədə qərar tutmuşdu. Bu gün gəlinən nöqtədə isə qiymət 43 dollara kimi düşüb. Son 6 ildə yaşanan eniş 100 dollardan belə çoxdur. Bu cədvəl büdcə gəlirlərinin yarıdan çoxu hələ də neft və qaza bağlı olan MDB ölkələri üçün "şirin həyat"ın acı sonu mənasını gəlməkdədir.
Rusiya yaxın dövrün ən ağır böhranını yaşadığı 1998-ci ildə neft qiyməti 11 dollara qədər geriləmiş və ölkəni iflasa sürükləmişdi. 2000-ci ildə Putinin hakimiyyətə gəlişindən sonra davamlı müsbət artış göstərən neftin qiymətləri Rusiya iqtisadiyyatını normal vəziyyətə gətirmişdi. 2000 – ci illərin əvvəlində iqtisadçılar bildirirdi ki, neft qiymətindəki hər 1 dollarlıq artım, Rusiyanın federal büdcəsinə 1 milyard dollar pul gələcək".
Şərhlər