Summers: “Qara bazar ertəsi ancaq başlanğıcdır”
25.08.2015 17:33 Ecoreaksiya 2573
ABŞ – ın keçmiş maliyyə naziri Lavrens H. Sammers dünya bazarlardakı çöküşə böyük böhranların xəbərçisi olduğunu söyləyib.
ABŞ – ın keçmiş maliyyə naziri və ABŞ prezidenti Barak Obamanın köhnə iqtisadi müşaviri Lavrens H. Sammers qlobal səhm bazarlarında bazar ertəsi yaşanan çöküşün ötən illərin bütün böyük böhranların başlanğıcını xatırlatdığını ifadə edib.
Sammers “Twitter” hesabından verdiyi açıqlamada "1997, 1998, 2007 və 2008-ci illərdə olduğu kimi çox ciddi vəziyyətin başında var ola bilərik" - dedi.
Bir çox ölkənin birjalar 24 avqustu “Qara bazar ertəsi” olaraq adlandırdı. Şanxay birjası 2007-ci ildən etibarən ən pis göstəriciləri bu gün göstərib.
Rusiyanın “Bankinter” bankının analiz şöbəsi Çin iqtisadiyyatındakı yavaşlama ilə əlaqədar Qara bazar ertəsindən yalnız başlanğıc olduğunu, çünki heç kimin həqiqi enişin ölçüsünü bilmədiyini açıqlayıb.
Bank mütəxəssisləri, "Ani enişin astanasında olmaq saatlı bombaya bənzədiyini deyib".
Şərhlər