ABŞ və Çindən siqnal gəldi: Neft kəskin bahalaşdı

02.04.2024 16:00     Ecoreaksiya     192

Çərşənbə axşamı neft qiymətləri ABŞ və Çində sənaye fəallığının artması siqnalları ilə bir gün əvvəl yüksəldikdən sonra yenə də bahalaşmağa davam edib.

Reaksiya.az xəbər verir ki, Londonun “ICE Futures” birjasında “Brent” markalı iyun fyuçerslərinin qiyməti bir barel üçün 87,85 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,43 dollar (0,49%) çoxdur. Bazar ertəsi bu müqavilələr bir barel üçün 0,42 dollar (0,5%) artaraq 87,42 dollar olub.

Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda WTI markalı neftin may fyuçerslərinin qiyməti bu vaxta qədər 0,44 dollar (0,53%) artaraq 1 barelə görə 84,15 dollar təşkil edib. Əvvəlki ticarətin nəticələrinə görə, bu müqavilələrin dəyəri oktyabrın 27-dən etibarən maksimum 0,54 dollar (0,7%) artaraq 83,71 dollar/barel təşkil edib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar