Çin Mərkəzi Bankı faizi endirib - Birjalar rahat nəfəs alıb

26.08.2015 11:30     Ecoreaksiya     2368

 

 

Çin Mərkəz Bankı (PBoC), iqtisadiyyatı dəstəkləmək məqsədiylə faiz dərəcələrini və məcburi qarşılıq vergisini endirib, dünən qara bazar ertəsinə görə yıxılan dünya birjaları bir az nəfəs alıb.

Çin Mərkəz Bankı tərəfindən verilən açıqlamaya görə, həm 1 illik borc vermə faiz nisbətini həm də 1 illik faiz nisbətini 25 əsas balı aşağı salan Bank 1 illik borc vermə faiz nisbətini 4,6% - ə, 1 illik haqq faiz nisbətini isə 1,75% - ə çəkib.

PboC - nin faiz endirim qərarı sabahdan etibarən, zəruri qarşılıqlardaki endirim qərarı 6 sentyabrdan etibarən etibarlı olacaq. Bankdan verdiyi açıqlamada, faiz dərəcələrinin endirilməsi təşkilati borc xərclərinin salınması ilə  bağlı olduğunu qeyd edib.

 

3,1% - lik yüksəliş

 

Çin Mərkəz Bankının faiz dərəcələrini endirməsindən sonra qlobal bazarlar dünənki itkinlərini kompensasiya edir.

PboC - nin qərarından sonra, Fransada CAC 40 indeksi 4,6%, Almaniyada DAX indeksi 4,4%, İngiltərədə FTSE 100 indeksi isə 3,4% - lik qazancla dünənki itkinlərini az qala kompensasiya etdi.

Bist 3,1% - lik yüksəlişlə 73577 səviyyəsinə yüksələrkən, Dow Jones və S & P 500 indeksi uzunmüddətli kreditləri isə 3,7% civarında dəyər qazanıb.

Xatırladaq ki, bazarlardakı bu yüksəliş ən son təxminən 4 il bundan əvvəl reallaşmışdı.

Şərhlər