“Financial Times” qəzetindən flaş iddia! - NEFT HARA GEDİR?

26.08.2015 12:12     Ecoreaksiya     2462

Şimali İraq bölgəsindən çıxan neftin ən böyük müştərisinin İsrail olduğu ortaya çıxıb. Reaksiya.az xəbər verir ki, İngiltərənin “Financial Times” qəzeti İsrailin istifadə etdiyi neftin 77%-ni Şimali İraqdan aldığını yazıb.

May və avqust ayları arasında İsrailin Şimali İraqdan 19 milyon barrel neft aldığını ifadə edən “Financial Times” qəzeti hesablayıb ki, 19 milyon barrel neftin dəyərinin təxminən 1 milyard dollardır. Qəzet, satışların Ərbil və Bağdad arasındakı əlaqələrin daha da pozulduğu ilə bağlı açıqlama verib.

Ceyhandan da neft gedir

“Financial Times” qəzetinin xəbərinə şərh verən İsrailin “Haaretz” qəzeti isə, Türkiyədə Ceyhan üzərindən dünyaya açılan Şimali İraq neftini daşıyan tankerlərin üçdə birinin İsrailə getdiyini bildirib.

Mövzu ilə əlaqədar açıqlama verən analitiklər İsrailin ya nefti endirimli aldığını ya da bölgə rəhbərliyini bu yolla dəstəkləmək istədiyini dilə gətiriblər. Şimali İraq Rəhbərliyinin rəsmiləri isə “Financial Times” qəzetinə verdikləri açıqlamada, İsrailə neft satmadıqlarını ifadə ediblər: "Nefti vasitəçilərə təslim etdikdən sonra hara getdiyi vecimizə də deyil. Prioritetimiz İŞİD - ə qarşı Peşmərgə döyüşçülərini dəstəkləyəcək və dövlət idarəsində çalışanların maaşını ödəyəcək nəqd pulu təmin etməkdir".

Şərhlər