Moskvada iqtisadi böhrana görə mağazalar bağlanır

26.08.2015 15:05     Ecoreaksiya     2483

Hər nə qədər moskvalı daşınmaz əmlak sahibləri kirayəçilərə çox cazib qiymətlər təklif etisələr də, Moskvanın mərkəzi küçələrindəki mağazalar iqtisadi böhran ucbatından bir - bir bağlanır.

Reaksiya.az “Colliers International” Daşınmaz Əmlak Birliyinin hazırladığı hesabata istinadən  xəbər verir ki, bu ilin ilk yarısında Moskvanın mərkəzindəki ana məkanlardakı boşluq nisbəti 2009-dan bu yana ən yüksək səviyyəyə çıxaraq 11,8% -ə çatıb. Hesabatda ayrıca Moskvanın mərkəzindəki bəzi bölgələrdə boşluq faizinin bu ildən etibarən iki qatına çıxdığına diqqət çəkilib.

Hesabata görə, mərkəzi küçələrdə Bolşaya Lubyanka prospekti 38% - nin Sadovaya-Kudrinskaya prospekti 30% və Ostojenka Prospekti isə 27% boşluq dərəcələri ilə Moskvanın ən boş küçələridir.

Ayrıca, Rosstat Dövlət Statistika Xidmətinin məlumatına görə, Rusiyadakı pərakəndə ticarəti keçən ildən etibarən 8% aşağı düşüb.

Mütəxəssislər isə mağazalardakı boşluğun bu qədər yüksək olmasındakı ən böyük faktorun bank və geyim mağazalarının bağlanmasını göstərirlər.

Şərhlər