Bitcoin 83,000 dolları keçdi: Trampın qələbəsi ilə kripto bazarında coşqu səngimir
11.11.2024 20:40 Ecoreaksiya 237
ABŞ-da Donald Trampın qələbəsindən sonra kripto bazarında yüksəliş tendensiyası davam edir.
"Reaksiya.az" xəbər verir ki, bu gün Bitcoin qiyməti 83,000 dollardan yuxarı qalxaraq tarixi rekorda imza atıb. Citi strategləri qeyd edir ki, Trampın qələbəsi ilə əlaqədar olaraq digər bazar tendensiyaları geriləsə də, kripto bazarındakı yüksəliş hələ də səngimir.
Tramp seçki kampaniyası zamanı kripto sənayesinə böyük dəstək verəcəyini, hətta ABŞ-ı “planetin kripto paytaxtı” edəcəyini vəd etmişdi. Bu isə kripto sahəsindəki investorların ümidlərini artırıb və bazarda coşqu yaradıb.
Analitiklərin fikrincə, yaxın aylarda kripto bazarında daha böyük artım gözlənilir. Bir çox mütəxəssis ilin sonuna qədər bitcoinin 100,000 dollar səviyyəsinə çatacağına inanır.
Xəbərin əsli bu linkdə: https://www.cnbc.com/amp/2024/11/11/crypto-market-today.html
Şərhlər