Rusiya 3 il içində öz – özünü təmin edəcək - Rusiyalı nazir
26.08.2015 15:52 Ecoreaksiya 2187
Rusiyanın Kənd Təsərrüfatı Nazirinin fikrincə, qısa müddət içində ölkənin qida məhsulu idxal etməsinə ehtiyac qalmayacaq.
Rusiyanın Kənd Təsərrüfatı naziri Aleksandr Tkaçev 5-10 il ərzində Rusiyanın bütün qida ehtiyaclarını özünün qarşılaya biləcəyini söyləyib.
Reaksiya.az xəbər verir ki,“Rossiya 24” kanalına açıqlama verən Tkaçev istehsal artışının mövcud sürəti ilə davam edərsə, qənaətlər qorunub saxlanılan 10 ildə qida məhsulu idxal etməyə ehtiyac qalmayacağını deyib.
Əlavə investisiyalar və maliyyələşmə halında qarşıdakı 5-7 il içində də problemin həll edilə biləcəyini ifadə edən Rusiyalı nazir bildirib ki, hər şeyi Rusiya istehsal edə bilər: “Bəlkə bunlar sitrus bitkiləri, banan və xurma olmaya bilər, amma Rusiyada istehsal olunması mümkün olan bütün məhsulları istehsal edəcəyik".
Tkaçev daha əvvəl verdiyi açıqlamada, önümüzdəki 5 il içində kənd təsərrüfatı sektoruna 2 trilyon rubl (30 milyard dollar) dəstək planladıqlarını ifadə etmişdi.
Rusiya Ukrayna böhranına görə sanksiya tətbiq olunmasına görə qərb ölkələrdən ərzaq idxalını dayandırıb. Rusiya prezidenti Vladimir Putin də ölkəyə qaçaq yolla gətirməyə çalışılan məhsulların məhv edilməsini qərara alıb.
Şərhlər