“Rus rublunun ucuzlaşması ucuzlaşma tendensiyası deyil” - Rusiyalı iqtisadçı özəl

26.08.2015 23:04     Ecoreaksiya     2542

Rubl yazın sonundan başlayaraq yay ayları ərzində  qiymətini itirməkdə davam edir. Reaksiya.az – a eksklüziv açıqlama verən Rusiya İqtisadi İnkişaf Nazirinin məsləhətçisi, iqtisadçı ekspert Yevgeni Ravxatoviç Nadorşinin sözlərinə görə,Çinin maliyyə bazarında baş verən hadisələr və həmçinin neftin qiyməti rublun ucuzlaşmasına gətirib çıxarıb. O bildirib ki, rublun devalvasiyası Rusiyanın iqtisadiyyatına təsir etməyəcək və problem yaranmayacaq. 

« İndi rubl 70-dən  aşağı səviyyədədir. Son günlərdə rubl ucuzlaşır, amma bu ucuzlaşma tendensiyası demək deyil".

Onun sözlərinə görə, inflyasiya prosesləri Rusiyada yüksək səviyyədə olacaq. Bu da resessiyanın 2016-cı ildə daha dərin olmasına gətirib çıxaracaq. Ekspert bildirir ki, rubl son minimal qiymətdən daha ucuz olacaq. Onun fikrincə, yaxın vaxtlarda bir dolların qiyməti 80 rubldan yuxarı olacağı gözlənilmir.

Şərhlər

Çox oxunanlar