“Changers Academy” AzMİU-da təqdimat keçirdi - FOTOLAR

23.04.2026 18:18     Ecoreaksiya     227

Azərbaycan Memarlıq və İnşaat Universitetində “Changers Academy” tərəfindən təşkil olunan təqdimat çərçivəsində tələbələr memarlıq və tikinti sahəsində müasir trendlər, innovativ yanaşmalar və karyera imkanları ilə tanış olublar.

"Reaksiya.azxəbər verir ki, tədbir "Kristal" tikinti şirkətinin  tərəfdaşlığı ilə həyata keçirilib.

“Changers Academy” AzMİU-da təqdimat keçirdi - FOTOLAR
 
Təqdimat zamanı müxtəlif istiqamətlər üzrə tədris proqramlarını təmsil edən instruktorlar çıxış edərək tələbələrə real layihələr əsasında praktiki biliklər təqdim ediblər. Proqram çərçivəsində aşağıdakı mövzular əhatə olunub:

•    Böyük tikinti komplekslərinin vizuallaşdırılması və animasiyası;
•    Süni intellektin memarlıq dizaynında rolu və tətbiq sərhədləri;
•    Digital memarlıq və layihələndirmə prosesləri;
•    Fasad mühəndisliyi və müasir texniki həllər;
•    Tikinti layihələrinin idarə olunması.

“Changers Academy” AzMİU-da təqdimat keçirdi - FOTOLAR

Çıxışlar zamanı qeyd olunub ki, texnologiyanın sürətli inkişafına baxmayaraq, memarlıq və tikinti sahəsində insan faktoru həlledici olaraq qalır. Xüsusilə fasad mühəndisliyi, tikinti layihələrinin idarə olunması və kompleks dizayn prosesləri kimi istiqamətlər süni intellekt tərəfindən tam əvəz olunmayan sahələr kimi diqqətə çatdırılıb.

“Changers Academy” AzMİU-da təqdimat keçirdi - FOTOLAR
 
Tədbir çərçivəsində tələbələr qısa müddətdə həm nəzəri, həm də praktiki biliklər əldə edib, real tikinti layihələrində istifadə olunan vizual və texniki yanaşmalarla tanış olublar. Təlimin sonunda sual-cavab sessiyası təşkil olunub və iştirakçılar üçün xüsusi endirim imkanları təqdim edilib.

“Changers Academy” AzMİU-da təqdimat keçirdi - FOTOLAR

“Changers Academy” “Kristal“ tikinti şirkətinin  rəsmi tərəfdaşıdır və təlimlərin praktiki hissəsi məhz şirkətin real tikinti layihələrində həyata keçirilir. Bu yanaşma tələbələrin biliklərini real iş mühitində tətbiq etməsinə şərait yaradır.
 
Akademiyanın əsas məqsədi iştirakçıları əmək bazarında rəqabət aparacaq səviyyəyə çatdırmaq, onlara real layihələr üzərində formalaşan praktik bacarıqlar qazandırmaqdır. 

“Changers Academy” AzMİU-da təqdimat keçirdi - FOTOLAR
 
Əgər siz də real bacarıqlar qazanaraq yüksək maaşlı və perspektivli karyera qurmaq istəyirsinizsə, “Changers Academy”in tədris proqramlarına müraciət edə bilərsiniz.

Telefon: +994 10 255 75 55

E-mail:  [email protected] 

Ünvan:İnşaatçılar metrostansiyasının yaxınlığı, Abbas Mirzə Şərifzadə küçəsi 110

Şərhlər