Yasamalda mənzil axtaranlar üçün yeni seçimlər - Fotolar
26.08.2026 15:47 Ecoreaksiya 221
Mənzil alarkən bu günə yox, bir neçə il sonrasına da baxmaq lazımdır. Yerləşmə, ərazinin inkişaf perspektivi, mənzilin keyfiyyəti və alış şərtləri gələcəkdə seçimin nə qədər doğru olduğunu müəyyən edən əsas amillərdəndir. "Park Yasamal" bu baxımdan həm yaşayış, həm də yatırım üçün nəzərdən keçirilə biləcək layihələrdəndir.
"Reaksiya.az" xəbər verir ki, Yasamal rayonunda, 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin yaxınlığında və “İnşaatçılar” metro stansiyasına yaxın ərazidə yerləşən "Park Yasamal" şəhərin müxtəlif istiqamətlərinə rahat çıxış imkanı yaradır. Kompleksdə həm hazır, həm də tikintisi davam edən binalarda mənzil seçimləri mövcuddur. 2 otaqlı studiyadan 4 otağa qədər fərqli planlı mənzillər arasından ehtiyacına uyğun seçim edə bilərsən.
Burada standart mənzil seçimləri ilə yanaşı, bağçalı və terraslı mənzillər də təqdim olunur. Uşaqlar üçün şəxsi açıq məkan, səhər qəhvəsi üçün kiçik bir künc və ya sadəcə dincəlmək üçün əlavə sahə istəyənlər üçün bu mənzillər fərqli alternativ yaradır.
"Park Yasamal"da mənzillər tam təmirli şəkildə təhvil verilir. Təmir zamanı Avropa brendlərinin məhsullarından istifadə olunur. Mənzillərdə Almaniya istehsalı “HARO” parketlərindən, elektrik açarlarında İtaliyanın “GEWISS” brendindən, İtaliya istehsalı “Prysmian” yanmayan kabellərdən istifadə olunur. Divarlarda “Zambaiti Parati” divar kağızlarına, hamam aksesuarlarında Almaniyanın “GROHE” brendinə, sanitar və ümumi sahələrdə isə İtaliyanın “Infinity” keramoqranitlərinə üstünlük verilir.
Layihəni fərqləndirən əsas məqamlardan biri də kompleks daxilində gündəlik həyat üçün yaradılan imkanlardır. "Park Yasamal"da geniş və yaşıl park, göl ətrafı istirahət zonaları, futbol meydançası, özəl uşaq bağçası, geniş və təhlükəsiz avtodayanacaq var. Kompleks 24/7 kamera-nəzarət sistemi ilə də təmin olunur. Ətraf ərazidə isə gündəlik ehtiyaclar üçün lazım olan müxtəlif xidmət və infrastrukturlar mövcuddur.
Mənzil almağı planlaşdıranlar üçün ödəniş imkanları da fərqlidir. "Park Yasamal"da mənzillər 36 ayadək daxili kredit və ya 20 ilədək ipoteka krediti ilə satışa təqdim olunur.
Bundan əlavə, “Evini hissə-hissə al” satış modeli də "Park Yasamal"da keçərlidir. Bu model mənzilə aylıq öhdəlik və faiz olmadan, hissə-hissə və mərhələli şəkildə sahib olmaq imkanı yaradır. İstədiyin sahəni bu gündən kvadrat-kvadrat alaraq, mənzilin dəyəri artdıqca, yatırımın da dəyərlənməsindən faydalana bilərsən.
Hazır və tikintisi davam edən binalardakı mənzillərlə, eləcə də bağçalı və terraslı seçimlərlə yerində tanış olmaq istəyirsənsə, Park Yasamal satış ofisinə yaxınlaşa və ya *1544 nömrəsinə zəng edə bilərsən.
Ətraflı: *1544
Ünvan: Yasamal rayonu, Kamil Rəhimli küçəsi
kristal.az









Şərhlər