"Trendyol" bağlamaları gecikir - SƏBƏB

14.10.2026 14:52     Ecoreaksiya     164

Azərbaycanda ən populyar xarici onlayn ticarət platformalarından biri olan "Trendyol"dan sifariş olunan bağlamaların çatdırılmasında ciddi ləngimələr qeydə alınmaqdadır.

"Reaksiya.az" xəbər verir ki, Türkiyənin məşhur platformasından mal sifariş edən şəxslər sifarişlərinin əvvəlkindən iki dəfə uzun müddətə çatdırılmasından şikayətlənirlər.

Bildirilir ki, əvvəl 10-12 günə çatdırılan bağlamalar indi 20-25 günə ancaq çatdırılır.

Vətəndaşlar həmçinin ləngimə ilə bağlı "Trendyol"a göndərdikləri sorğulara da cavab ala bilmədiklərini qeyd edirlər.

Onu da qeyd edək ki, "Trendyol"dan bağlamaların gec çatdırılmasının əsas səbəbi kimi yüklərin daha təyyarə ilə deyil, avtomobillə daşınması göstərilir. Bildirilir ki, avtomobillərlə bağlamalar daha uzun müddətə gətirilir, gömrük məntəqələrində yüklənmə səbəbi ilə onların rəsmiləşməsi daha çox vaxt aparır. Şirkətdən hələlik məsələ ilə bağlı hər hansı açıqlama verilməyib.

Şərhlər