HSBC Türkiyədən çəkilir

09.06.2015 17:51     Ecoreaksiya     1962

Mərkəzi İngiltərədə yerləşən Avropanın ən böyük bankı HSBC, yenidən formalaşma planı çərçivəsində Türkiyə və Braziliyadakı hissələrini satacağını açıqlayıb. Bank bu istiqamətdəki qərarını Hong Kong Borjasına bildirib.

Mövzuyla bağlı “HSBC Türkiyə”dən edilən açıqlama isə belədir: "HSBC, Türkiyədəki fəaliyyətlərini dayandıracaq. HSBC tərəfindən lazımlı açıqlamalar yaxın vaxtlarda veriləcək".

“HSBC Türkiyə”nin rəhbəri James Emmett də məsələ ilə bağlı "Hər zaman olduğu kimi prioritetimiz müştərilərimiz və işçilərimizin məmnunluğudur. Bu müddətdə, müştərilərimizə davamlı şəkildə xidmət edəcəyik" – açıqlamasını verib.

Mütəxəssislər, açıqlanan qərarların HSBC - nin startegiyasında ciddi dəyişikliklərin başa verəcəyinə işarə olduğunu deyirlər.

HSBC 2008-ci ildəki maliyyə böhranından sonra dividentlərini artırmağa məcbur edilmişdi.

Şərhlər