Əmlak bazarı üzrə ekspert həyəcan təbili çaldı - REAKSİYA
10.06.2015 14:09 Ecoreaksiya 2583
Ekspert: “İndi alıcı əlində olan pulu saxlayır ki”...
Əmlak bazarı üzrə ekspert Anar Nəsirov Reaksiya.az saytına əmlak bazarının hazırki vəziyyəti ilə açıqlama verərkən bildirib ki, bu gün əmlak bazarı demək olar ki, yox dərəcəsindədir. O, qeyd edib ki, hər gün qiymətlər aşağı enir: “Hər gün 40 -50 dollar saytların reklamına pul qoyuram ki, keçid olsun. Buna baxmayaraq, 15 ildi işləyən ofislərimə nə zəng vururlar, nə də müştəri var. Bu belə davam etsə, payıza kimi qiymətlər ən azından 30 % qədər enəcəyi gözləniləndir. Yəni, bir sözlə 15 illik təcrübəmizdə hələ indiki kimi durğunluq görməmişdik. Buna həm dolların yüksəlməsi, həm ölkədə keçirilən I Avropa Oyunları, həm də yay ayına keçid, bütün bunların hamısının eyni anda baş vermesi bu vəziyyətin yaranmasına səbəb olub.
Əmlak bazarı Azərbaycanda neftin qiymətinə paralel olaraq enir və ya qalxır. Mənə elə gəlir ki, hər hansısa atılacaq addım elə də böyük bir irəliləyişə səbəb ola bilməz. Ancaq dünya birjasında neftin qiymətini bahalaşmasından başqa heç bir addım buna təkan verə bilməz.
Bir də neftin qiymətinin qənaətbəxş olduğu dövrdə süni qiymət artımı çox oldu. Yəni belə olan halda, bu cür enmələr labüddür. Yəni süni bahalaşma ilə birlikdə əmlak bazarında durğunluğun olacağını gözləyirdik. İndi alıcı əlində olan pulu saxlayır ki, görək hara kimi enəcək, yəni bugünkü bazar onun üçün maraqsızdır”.
Məryəm
Şərhlər