Hesablama Palatası kollegiyasının növbəti iclası keçirilib
05.09.2015 00:50 Ecoreaksiya 1933
Hesablama Palatası kollegiyasının növbəti iclası keçirilib.
Azərtac-ın məlumatına görə Palatadan bildiriblər ki, iclasda bir sıra nəzarət tədbirlərinin nəticələri üzrə - dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən Ağstafa Rayon İcra Hakimiyyətinə və tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin istifadəsinə, eyni zamanda, dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən və dövlət əsaslı vəsait qoyuluşundan Ucar Rayon İcra Hakimiyyətinə və tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin istifadəsinə, dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Xaçmaz rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən ayrılan vəsaitlərin istifadəsinə, həmçinin dövlət büdcəsindən Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə dair hesabatlar müzakirə edilib.
Eyni zamanda, müvafiq zəruri tədbirlərin görülməsi və onların nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.
Kollegiya iclasında, həmçinin iş planı ilə nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri üzrə audit proqramları təsdiq edilib, bir audit tədbiri üzrə isə proqrama dəyişiklik olunub.
Şərhlər