Xinjianq-Moskva yük qatarı ikitərəfli səfərlərə başlayır

11.06.2015 11:42     Ecoreaksiya     1962

Xinjianq-Moskva beynəlxalq yüksək sürətli yük qatarının ilk səfəri dünən Urumçidən hərəkət edib. Beləcə Xinjiang ilə Çinin qərbindəki ölkələr arasındakı beynəlxalq təktərəfli səfərlərdən fərqli olaraq bu dəfə ikitərəfli yük transferi təmin ediləcək.

Reaksiya.az – ın Çin Xəbər Agentliyinə istinadən verdiyi xəbərə görə dünən Çindən başlayan Xinjiang-Moskva səfəri, Qazaxıstandan keçib Rusiyaya çatacaq. Bu səfərlə Xinjiang Zhongtai Anonim Şirkətinin istehsal etdiyi 1300 ton plastik qapı – pəncərə Rusiyaya göndəriləcək.

İlk dəfə iki ölkə arasında qarşılıqlı iki səfər şəklində təşkil ediləcək bu sürətli qatar səfəri 10 gün davam edəcək.

Xinjianqdan Çinin qərbindəki ölkələrə uzanan beynəlxalq yük qatarı səfərlərinin bu ilin ilk yarısında həftədə ən az üç dəfə reallaşması gözlənilir.

Şərhlər