Azərbaycan manatı dollara qarşı möhkəmləndi, avroya qarşı zəiflədi
07.09.2015 09:45 Ecoreaksiya 2156
Bu gün sentyabrın 4-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib.
Reaksiya.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 7-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi sentyabrın 4-ü ilə müqayisədə 0,0001 manat və ya 0,01% azalaraq 1,0485 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,002 manat və ya 0,17% artaraq 1,1687 manata yüksəlib.
Manata nəzərən Rusiya rublu isə 0,0003 manat və ya 1,9% azalaraq 0,0155 manat olub.
Şərhlər