Moskva Avropaya qaz nəqlində Bakı ilə anlaşmaq istəyir

11.06.2015 12:16     Ecoreaksiya     2043

Rusiya-Azərbaycan arasında energetika sahəsində ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi üçün işçi qrupu formalaşdırılır.

Reaksiya.Az-ın məlumatına görə, bu barədə Rusiya mətbuatı yazıb.

Bildirilir ki, son zamanlar Avropa İttifaqı ölkələri Rusiyaya və Azərbaycana siyasi təzyiqlərini artırıb. Onlar hər iki ölkə qazının Avropa bazarına ixrac etmək üçün inadla çalışırlar.

Avropa ekspertlərinin hesablamalarına görə, 2019-cu ildə "Şahdəniz" yatağından 6 milyard kubmetr qaz Azərbaycandan Türkiyəyə ixrac olunacaq və daha sonra Avropaya 10 milyard kubmetr qaz göndəriləcək. Bundan belə nəticəyə gəlmək olur ki, TANAP qaz kəməri üzrə Azərbaycan qazının Avropaya çatdırılması guya karbohidrogen bazarında Rusiyanın mövqelərini əhəmiyyətli dərəcədə sıxışdıracaq. Bu, həqiqətənmi belədir?

Dövlət Dumasının Energetika komitəsi sədrinin müavini Sergey Levçenko bu məsələ ilə bağlı deyib ki, karbohidrogen resurslarına malik olan ölkə ayrı-ayrı bazara çıxmağa çalışır. Təbii ki, karbohidrogen ehtiyatları başqa nəqliyyat növü ilə daşınmır, bunun üçün mütləq boru kəməri olmalıdır. Buna görə Azərbaycan tərəfinin arzusuna tamamilə bəraət qazandırılmalıdır. Rusiya ilə Azərbaycan arasında çoxdan yaxşı əlaqələr mövcuddur. Düşünürəm ki, biz qaz bazarına çıxarmağa imkan vermək üçün ümumi dili tapacağıq, kiminsə maraqları sıxışdırılmayacaq.

Deputat bildirib ki, karbohidrogen ehtiyatlarının daşınması üçün indi layihələr kifayət qədər çoxdur. Qərb sakitləşmir, o, hər zaman belə etmək istəyir ki, Rusiyanın təbii resurslarla ticarət etmək imkanı daha az olsun. Ona görə, bütün bazarları müxtəlif üsullarla qopartmağa çalışır.

Onun sözlərinə görə, Rusiya büdcənin yarıdan çoxu karbohidrogen resursları hesabına formalaşdırılıb. Buna görə biz daxili istehlaka mümkün qədər tez keçməliyik. Belə olan halda xarici bazardan asılılığımız olmayacaq. Əminəm ki, biz Azərbaycan tərəfi ilə qarşılıqlı anlaşma əldə edəcəyik.

Şərhlər