"Bu, heç bir halda arzuolunan deyil" - EKSPERT

11.09.2015 12:46     Ecoreaksiya     2243

Rusiya Mərkəzi Bankının yaydığı məlumatda ilin ikinci rübü ərzində Rusiyadan Azərbaycana göndərilən pulun məbləği 43 faizdən də çox azalarar 190 milyon dollara düşüb. Bu ilin ilk rübündə pul transfertinin ümumi həcmi 35 milyona çatmışdı. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,26 faiz az idi. Keçən ilin eyni dövründə 39 milyon transfert olmuşdu. Bu ilin birinci rübündə orta hesabla hər adam vətənə 568 dollar pul göndərib. Ötən ilin eyni dövründə isə bu məbləğ 689 dollar idi.  

Rusiyadan daxil olan pulun azalması ölkəmiz üçün heç də ürəkaçan bir durum deyil. Və bu azalma da dolanışığı Rusiyadan keçən sakinlərimizi ciddi narahat edir. Onlar düşünürlər ki, azalmalar getdikcə düşən səviyyə ilə müşahidə olunsa, ciddi problemlərə yol aça bilər.

İqtisadi ekspert Vüqar Bayramov Reaksiya.az-a açıqlamasında bu azalmaların Azərbaycan üçün ciddi sosial və iqtisadi çətinlik yaratmayacağını bildirib: “Rusiyadan Azərbaycana göndərilən pulun həcminin azalacağı öncədən proqnozlaşdırılırdı. Nəzərə alsaq ki, Rusiyaya qarşı sanksiyalar orada yaşayan azərbaycanlıların da vəziyyətinə mənfi təsir göstərmişdi. Təbii ki, həmyerlilərimizin vəziyyətinin pisləşməsi birmənalı şəkildə onların Azərbaycana göndərdikləri pulların, remitensilərin məbləğinə təsir göstərirdi. Bu təsirlər artıq hiss olunmağa başlayıb. Azərbaycana göndərilən vəsaitlərin həcmində ciddi azalmalar müşahidə edilir.  Amma nəzərə alsaq ki, Azərbaycan remitensilərin həcminə görə MDB-də Qazaxıstandan sonra Rusiyadan maaliyyə baxımından ən az asılı olan ölkədir. Ümumiyyətlə, miqrantların Azərbaycana göndərdiyi ümumi pul Azərbaycanın ümumdaxili məhsulun cəmi 1.3 %-ni təşkil edir".

Ekspert azalmaların davam etmə ehtimalına da aydınlıq gətirib: "Azalmaların olması təbii ki, heç bir halda arzuolunan deyil. Ancaq  bu prosesin davam edəcəyi güman edilir. Çünki Rusiyadakı mövcud vəziyyət belə deməyə əsas verir. İlin sonuna doğru azalmaların davam edəcəyini proqnozlaşdırırıq. Güman edilir ki, vəsaitin həcmində azalmalar daha da artacaq".

Şərhlər