1-ci sinifə gedəcək şagirdlərin sayı açıqlandı

11.09.2015 12:27     Ecoreaksiya     2632

Yeni tədris ilində Azərbaycanda ümumtəhsil məktəblərinin 1-ci sinfində 150 mindən çox şagird təhsil almağa başlayacaq.

Reaksiya.az bu barədə məlumat Təhsil Nazirliyindən verilib.

Ümumilikdə, bu tədris ilində 1 milyon 370 minə yaxın şagird təhsil alacaq.

Qeyd edək ki, 2014-2015-ci tədris ilində isə birinci sinifə gedənlərin sayı 138 min olmuşdu.

Şərhlər