2016-cı ilin büdcəsində gəlir və xərclər azalıb

15.09.2015 04:21     Ecoreaksiya     2069

Gələn ilin büdcəsinin gəlirləri 14,56 milyard manat və ya cari ildəkindən 25,1% az olacaq.

Gələn ilin dövlət büdcəsinin layihəsi açıqlanıb. Maliyyə Nazirliyi ənənəsinə sadiq qalaraq ölkənin əsas maliyyə sənədini ilk olaraq saytında yerləşdirib. 2016-cı ildə Azərbaycanın gəlirləri və xərcləri nə qədər olacaq?

Reaksiya.az-ın məlumatına görə, gözlənildiyi kimi 2016-cı ilin büdcəsində həm gəlirlər, həm də xərclər cari illə müqayisədə azalıb.

Gələn ilin büdcəsinin gəlirləri 14,56 milyard manat və ya cari ildəkindən 25,1% az olacaq. Xərclər isə 2015-ci illə müqayisədə 22,9% azalaraq 16,26 milyard manat olacaq.

Neft Fondundan transferlər isə daha çox, 42,2% azalacaq və cəmi 6 milyard manat təşkil edəcək.

Büdcənin daralması isə neftin qiymətiylə bağlıdır, gələn il neftin 1 barreli 50 dollardan hesablanacaq. Büdcənin əsas xərclərinə nəzər salanda məlum olur ki, təhsil və müdafiə xərcləri artıb. 

Əsas azalan xərclər isə sənaye və tikinti, dövlət əsaslı vəsait qoyuluşları, rabitə-nəqliyyat, həmçinin əsas bölmələrə aid edilməyən digər xərclərdir.

Gələn il ölkənin ümumi büdcəsində neft gəlirləri azalacaq, əvəzində qeyri-neft sektoru artaraq 46,5% olacaq.

Hökumət bəyan edir ki, neftin qiymətinin 40-60 dollar səviyyəsinə düşə biləcəyi nəzərə alınaraq, 2016-2019-cu illər üçün dövlət və icmal büdcələrin əsas parametrləri və prioritet istiqamətləri üzrə 3 ssenari hazırlanıb.

Neftin 60 dollar olacağı halda optimist, 50 dollar olarsa baza, 40 dollara düşərsə isə pessimist ssenari üzrə lazımı tədbirlər görüləcək. 

Şərhlər