23 min işçi ixtisar olunacaq
15.09.2015 06:58 Ecoreaksiya 2087
Deutsche Bankı həmçinin Rusiyadakı fəaliyyətinə son qoyacaq.
Almaniyanın "Deutsche Bankı" 23 min əməkdaşını ixtisara salacaq.
Reaksiya.az-ın məlumatına görə, bu barədə anspress.com xəbər verib.
Xəbərdə həmçinin şirkətin Rusiyadakı fəaliyyətinə son qoyacağı barədədə məlumat yer alıb. Şirkət Rusiyada yalnız qlobal bankçılıq bölməsini saxlayacaq.
Bank daha çox texnologiya sahəsində və "PostBank" adlı bankında çalışan işçiləri çıxarmaq niyyətindədir. Belə olan təqdirdə Almaniyanın ən böyük maliyyə qrumu olan "Deutsche Bankı" əməkdaşlarının ¼-i işdən çıxarmış olur.
Məlumata görə, bank bir çox ölkələrdə fəalliyyətini dayandıracaq. Amma onların hansı ölkələr olacağı barədə heç bir məlumat verilmir.
Keçən həftə bankın Rusiya nümayəndəliyinin başçısı Joerg Bongartz istefa etmişdi.
"Deutsche Bank"ın adı bir çox qalmaqallarda çəkilib. Bir müddət əvvəl bankın idarə heyyətinin keçmiş üzvüləri Jürgen Fitschen, Josef Ackerman və Rolf Breuer məhkəmə qarşısında mühakimə olunub.
Bank əməkdaşları Almaniyada media imperatoru Leo Kircin iflas etməsinə səbəb olmaqda günahlandırlırdılar.
Şərhlər