Rusiya investisiya üçün əlverişlidir - Çünki cəhənnəmdən sağ çıxacağı dəqiqdir!"

15.09.2015 10:18     Ecoreaksiya     2446

"Rusiya iqtisadiyyatının “cəhənnəmdən keçərək” həyatda qalmaq kimi bir bacarığı var və buna görə də digər ölkələrə görə daha az həssas bir zonadır." Bu açıqlamaları iqtisadiyyat və risklə bağlı yazdığı kitabları "best seller" olan, xüsusilə "Black Swan”(“Qara Qu quşu") kitabı böyük səs-küy yaradan Livan mənşəli məşhur ABŞ-lı iqtisadiyyat eksperti Nassim Tələbdən gəlib.

Reaksiya.az rus mətbuatına istinadən xəbər verir ki, Moskvada Skolkovo Əməliyyat Mərkəzində çıxış edən Tələb bildirib ki, Rusiya, investisiya üçün Səudiyyə Ərəbistanından daha əlverişli bir ölkədir: “Səudiyyə Ərəbistanı heç bir zaman cəhənnəm olmayıb, belə bir böhranı sovuşdurub keçib keçməyəcəyi qeyri – müəyyəndir. Amma keçmiş Sovet bloku ölkələri cəhənnəmi keçdilər.

Təkrar cəhənnəmlə qarşılaşsalar dağılmaları mümkün deyil. Rusiyanın cəhənnəmdən keçərək həyatda qalmaq kimi bacarığı var".

İqtisadiyyatda "qara qu" nəzəriyyəsini ortaya atdığı kitabı ilə məşhurlaşan Hassim Tələb, bu gün New York Politexnik Universitetində professor kimi çalışır. 2007 – ci il böhranını ən dəqiq təxmin edən mütəxəssislərdən biri kimi bilinir.

Şərhlər