Rusiyada 10 ay sonra inflyasiya sıfırlanıb
12.06.2015 10:06 Ecoreaksiya 1894
Rusiyada inflyasiya yeni ildən etibarən ilk dəfə sıfır kimi qeyd edilib. Dövlət Statistika İdarəsi Rosstat - ın məlumatlarına görə, 2-8 həftələrdə inflyasiyanın sıfır olduğunu açıqlayıb. “Kommersant” qəzetinin verdiyi informasiyaya görə, Rusiyada bundan əvvəlki həftə isə inflyasiya yüzdə 0,1 kimi qeyd olunmuşdu. Rusiyada rəsmi məlumatlar görə 1 yanvar - 8 iyun 2015 – ci il tarixləri arasında inflyasiya 8,4% olub. Keçən ilin eyni dövründə bu rəqəm 4,4 % idi. İllik inflyasiya isə 8 İyunda 15,7% kimi təqdim olunmuşdu. Hökumət 2015-ci ilin sonuna kimi inflyasiyanın 11% - i keçməyəcəyini bildirib. Rusiyada sonuncu dəfə sıfır inflyasiya 5-11 Avqust 2014 – cü il tarixlərində qeydə alınmışdı.
Şərhlər