Azərbaycan əslində böyük Olimpiya oyunlarının keçirilməsini hədəfləyir
12.06.2015 10:45 Ecoreaksiya 2041
Belə layihələrin mövcudluğu həm ölkəyə investisiyaların gəlməsi, həm tanıdılması baxımından olduqca önəmlidir.
I Avropa Oyunlarının Azərbaycan üçün həm cari, həm də strateji baxımdan hansı gəlirlər vəd edəcəyi ilə bağlı Reaksiya.az- ın suallarını cavablandıran iqtisadçı ekspert Nazim Məmmədov bildirib ki, bu gün dünyada bütün ölkələr beynəlxalq yarışların keçirilməsi uğrunda belə demək mümkündürsə, mübarizə aparır: “I. Avropa Oyunlarının Azəörbaycanda keçirilməsi olduqca müsbət bir haldır. Mətbu orqanlarda müxtəlif rəqəmlər səslənir, I Avropa Oyunları ilə bağlı bəzən hətta şişirdilmiş rəqəmlər səsləndirilir, baxmayaraq ki, əksər investisiya layihələri onsuz da aparılmalı idi. Azərbaycan I Avropa Oyunlarını keçirmək hüququnu əldə edənə kimi bu layihələr mövcud idi və icrasına da başlanılmışdı. Eyni zamanda, bir fikri də ifadə edim ki, Azərbaycan əslində böyük Olimpiya oyunlarının keçirilməsini hədəfləyir və buna normal yanaşmaq lazımdır. Belə layihələrin mövcudluğu həm ölkəyə investisiyaların gəlməsi, həm tanıdılması baxımından olduqca önəmlidir.
Cari ve perspektiv baxımından indidən proqnozlaşdırmıram ki, I. Avropa Oyunları Azərbaycana gəlir versin. Eyni zamanda qeyd etməliyəm ki, I Avropa Oyunlarını Olimpiya Oyunları ilə müqayisə etmək də yersizdir. Olimpiya oyunlarına qoyulan vəsaitlər kifayət qədər böyük məbləğlər olur və bu məbləğlər dərhal büdcəyə geri qayıtmır. Həmin ölkələr proqnozlaşdırırlar ki, hələ neçə onilliklər burdan gəlir əldə edəcəklər. Amma indi Azərbaycanın bugünkü gündə oyunlara xərclədiyi vəsait tam açıqlanmamış gəlir haqqında danışmaq da çətidir. Ancaq düşünürəm ki, Azərbaycanın gələcək perspektivləri baxımından bu oyunun keçirilməsi vacib idi və düşünürəm ki, bu bizim üçün bir təcrübə idi. Və önümüzdəki yarışları daha mükəmməl bir şəkildə keçirəcəyik”.
Şərhlər