Dollar bahalaşdı

16.09.2015 09:32     Ecoreaksiya     2166

Bu gün sentyabrın 15-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.

Reaksiya.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 16-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi sentyabrın 15-i ilə müqayisədə 0,0002 manat və ya 0,02% artaraq 1,0478 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0032 manat və ya 0,27% azalaraq 1,1830 manata enib.

Manata nəzərən Rusiya rublu isə 0,0002 manat və ya 1,29% artaraq 0,0157 manata yüksəlib.

Şərhlər