Fitch: "Rusiya iqtisadiyyatı ilə böyüyəcək"

18.09.2015 11:08     Ecoreaksiya     2770

Beynəlxalq kredit qiymətləndirmə təşkilatı Fitch Rusiya iqtisadiyyatına dair proqnozlarını açıqlayıb. “Fitch”in fikrincə, Rusiya ÜMDH -i 2016-ci ildə böyümə prosesinə daxil olacaq. Rublun sərt devalüasiyasından sonra Rusiyaya investisiya çağırışı edən Fitch 2016-ci ildə ölkə iqtisadiyyatının 0,5% böyümə göstərəcəyini təxmin edib.

“Fitch”in araşdırmasına görə, bu tarixə kimi neftin bir barrelinin qiyməti 60 dollara yüksələcək. Rusiya Mərkəzi Bankı isə 2016-ci ilə kimi neftin qiymətinin 50 dollar səviyyəsində olacağını nəzərdə tutur.

“Fitch” Rusiya iqtisadiyyatı üçün inflyasiya qiymətləndirməsini ən çox 10% kimi nəzərdə tutub.

Rusiya Mərkəzi Bankı və İqtisadi İnkişaf Nazirliyi isə inflyasiyanın 7%-ə çıxacağını, 2-3 il sonra isə 4%-ə kimi geriləyəcəyini təxmin edir.

Şərhlər