Ərdoğan danışdı, birjalar sakitləşdi
12.06.2015 17:49 Ecoreaksiya 2196
Prezident Ərdoğanın hökumətin qurulmasına istiqamətli şərhləri bazarları rahatlaşdırıb. Dollar 2,74 TL-dən 2,71-ə enib, birja aktivliyi 80 mini keçib.
Reaksiya.Az-ın "Sabah" aistinaədn verdiyi məlumata görə, 13 illik tək partiya iqtidarına son verən 7 iyun seçkilərinin ardından bu həftənin ilk əməliyyat günündə yerlə bir olan bazarlarda, çərşənbə axşamı və çərşənbə günü başlayan toparlanma prosesi prezident Rəcəb Tayyib Ərdoğanın dünənki açıqlamarıyla sürətləndi.
Ərdoğanın hökumətin bir an əvvəl qurulması istiqamətində çağırışda tapılıb, "Türkiyəyə hükümetsiz buraxanlar tarixə və millətə hesab verə bilməzlər. Hər kəs eqosunu bir kənara qoymalı, bir an əvvəl hökumət qurulmalıdır" şərhi bazarları rahatlaşdırdı. Ərdoğanın şərhlərindən əvvəl 2,7460 TL olan dollar 2,71-in altına endi. Türkiyə lirəsi dollar qarşısında ən çox dəyər qazanan ikinci pul vahidi oldu. Əvvəlki günə görə 380 ballıq itki 79 min 368 səviyyəsində olan birja isə 80 min 924 xala qədər çıxdı. Birja günü yüzdə 1,38-lik yüksəlişlə 80 min 845 balda tamamladı.
Şərhlər