Financial Times: “Avropada böyük şirkətlər üçün ən uyğun sərbəst ticarət bölgə Rusiyadadır”
13.06.2015 12:36 Ecoreaksiya 1986
Financial Times qəzeti, hər il təkrarladığı "Qlobal Sərbəst Regionlar" araşdırmasının nəticələrini açıqlayıb. Sərbəst ticarət zonalarının dəyərləndirildiyi araşdırmada, Rusiyanın Lipetsk sərbəst ticarət zonası Avropadakı böyük şirkətlər üçün ən yaxşı sərbəst ticarət zonası kimi göstərilib.
Rusiya Federasiyasına bağlı Tatarıstan Respublikasında Alabuga sərbəst ticarət zonasına da hesabatda xüsusi yer ayrılıb.
Böyük diametrli şirkətlər və səhmdar cəmiyyətlər üçün ayrı-ayrı dəyərləndirilən 45 xüsusi ticarət zonası içində Lipetsk azad ticarət zonasının xüsusi yeri var.
2005-ci ildə xidmətə açılan Lipetsk Sərbəst Ticarət Zonası Yaponiyanın nəhəng şirkəti Yokohama - nı, Almaniyanın LANXESS şirkətini, ABŞ-lı PPG kimi böyük şirkətləri maraqlandıra bilib.
Araşdırmada, böyük diametrli şirkətlər üçün dünyada ən yaxşı sərbəst ticarət zonası kimi isə Dubaydakı Jebel Ali Free Zone göstərilib.
Şərhlər