"Banklarda manat qıtlığı var" - Vüqar Bayramlı

22.09.2015 17:19     Ecoreaksiya     2883

Xəbər verildiyi kimi, Azərbaycanın bir neçə bankı fevral devalvasiyasından sonra manatla kredit verməyi bərpa edib. Ancaq bunu bütün banklara şamil etmək olmaz. “MuğanBank”,”Nikoil Bank”,”Parabank”,”Qafqaz Inkişaf Bankı”, “Rabitə Bank”, “TuranBank”,”Xalq Bank”, “ASB Bank”, “DekaBank”, “AGBank” kimi banklar milli valyuta ilə kredit verməmək qərarına gəlib.

Görəsən, bu qərarın fonunda nələr gizlənir. Belə çıxır ki, manatın devalvasiyası yenə də davam edəcək. Əks halda banklar dollara üstünlük verməzdilər.

Reaksiya.az iqtisadçı ekspert Vüqar Bayramlıdan bu olaya münasibət öyrənib.

Onun sözlərinə görə, bankların xarici valyutaya üstünlük verməsi devalvasiya ilə bağlı deyil:

”Banklarda xarici valyuta üstünlük təşkil edir. Bu, ondan irəli gəlir ki, bankların böyük əksəriyyətində manat qıtlığı var. Mərkəzi Bankin intervensiya xətlərinə uygun olaraq  Azərbaycanda manat bazasında kəskin azalmalar var. Bəzi banklar  valyuta risklərini sığortalamaq üçün xarici valyutalara üstünlük verirlər. Bu da birbaşa manatla bağlıdır. Qanunvericilik imkan verir ki, banklar xarici valyuta təklif etsinlər və kredit xəttini şaxələndirsinlər, çünki bilirlər ki, gələcəkdə kreditlərin geri qaytarılmasında problemlər yaşana bilər. Ona görə də bankların kredit xəttinin şaxələndirməsi məqsədəuyğundur.Təəssüflər olsun ki, bu gün bəzi bankların valyuta riskindən sığortalanmaq istəyi və bəzi banklarda manat çatışmazlığı  buna imkan vermir”. 

Şərhlər