ABŞ bu il Sankt Peterburq İqtisadi Forumunu boykot etməyəcək

13.06.2015 14:07     Ecoreaksiya     2111

Keçən il, Rusiyanın Ukraynaya ilə bağlı siyasətini əsas göstərərək ABŞ şirkətlərinin rəhbərlərinə Sankt Peterburq İqtisadi Forumunda getməmək çağırışı edən Vaşinqton rəhbərliyi bu il mövqeyini dəyişdirib.

“Financial Times” qəzetinə açıqlama verən etibarlı mənbə bildirib ki, Vaşinqton bu il iş adamlarına Sankt Peterburq İqtisadi Forumunu boykot etməklə bağlı çağırış etməyi planlaşdırmır. Rəsmi, foruma iştirak edənlərə hər hansı bir sanksiya ya da çətinlik yaradılmayacağını da sözlərinə əlavə edib. Qəzetə danışan iki yüksək səviyyəli idarəçi məlumatı təsdiqləyib.

Forum keçmiş parlaq günlərinə dönəcək

18-21 iyun tarixlərində keçiriləcək Sankt Peterburq İqtisadi Forumunda ABŞ-dan yüksək çinli məmurların da iştirakı gözlənilir. “Financial Times” forumun bu il əvvəlki kimi keçəcəyini bildirir.

Foruma qatılacaqlar arasında AT Kearney, Boston Consulting Group, PwC, Ernst & Young, Shell, BP, Societe Generale, Total, Schlumburger, JCDecaux, Metro və Carlsberg kimi şirkətlərin rəhbərlərinin adları qeyd olunur.

Şərhlər