Bu aviaşirkətin Azərbaycana uçuşlar təşkil etməsinə qadağa qoyulub
24.09.2015 04:23 Ecoreaksiya 1683
Rusiyanın "Aeroflot" şirkətinin törəmə müəssisəsi olan "Pobeda" loukosterinə 15 ölkəyə uçuşlar üçün buraxılış verilməsindən imtina olunub.
Reaksiya.az xəbər verir ki, bu barədə informasiya Hava Nəqliyyatı Federal Agentliyinin saytında dərc olunan sənəddə öz əksini tapıb.
Sənədə əsasən, loukosterin Azərbaycan, Bolqarıstan, İspaniya, İsrail, İtaliya, Fransa, Kuba, İordaniya, Latviya, Estoniya, Niderland və Macarıstana uçuşlar təşkil etməsinə icazə verilməyib. Sənəddə, həmçinin bildirilir ki, "Pobeda" 17 sentyabr 2015-ci il tarixindən 14 may 2016-ci il tarixinədək buraxılışdan istifadə etmək niyyətində olub.
Şərhlər